ELAN (YENILƏNİB)

25.06.2012

Hazırda həbsdə saxlanılan “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallının növbəti məhkəmə prosesi iyunun 27-də saat 14.00-da Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçiriləcək. Bu  dəfə zərərçəkmiş qismində çıxış edən şəxslər dindiriləcək. CM-nin 306-cı maddəsilə haqqında cinayət işi açılan Əvəz Zeynallıya qarşı zərərçəkmiş qismində çıxış etmək üçün məhkəməyə  “Azərbaycan” nəşriyyatının direktoru Ağabəy Əsgərovun gələcəyi gözlənilir.

Hakim Ramella Allahverdiyeva dəfələrlə xəbərdarlıq edib ki, “zərərçəkmişlər”, o cümlədən də Ağabəy Əsgərov məhk\əməyə gəlmədiyi və Azərbaycan qanunlarına hörmətsiz yanaşdığı təqdirdə məhkəmə onun haqqında “məcburi gətirilmə” qərarını çıxaracaq. A.Əsgərov ona tanınan müddəti istifadə etdiyi üçün mütləq şəkildə məhkəməyə gələrək, istintaqa verdiyi ifadəni təsdiq etməlidir.

Xatırladaq ki, KİV DF-nin icraçı direktoru Vüqar Səfərli və müğənni Nüşabə Ələsgərli artıq məhkəmə qarşısında ifadə veriblər.

“Xural”ın növbəti məhkəmə prosesləri:

İyunun 28-də saat 15.10-da  Bakı Apellyasiya Məhkəməsində  “Bakı-Baltika” MMC -nin “Xural” qəzetinə qarşı qaldırılmış məhkəmə iddiasından “Xural” qəzetinin apellyasiya işinə baxılacaq.

http://www.youtube.com/watch?feature=player_embedded&hl=ru&v=iamVA-qbzK0

İyunun 29-da saat 11.00-da “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı və vəkili Elçin Sadıqovun Bakı İstintaq Təcridxanasıı ilə bağlı məhkəmə prosesi davam edəcək. Məhkəmə 2 saylı İqtisad məhkəməsinə təyin edilsə də, işə Nizami rayon Məhkəməsində hakim Rəna Hüseynovanın sədrliyilə baxılacaq. Xatırladaq ki, məhkəmədə Ə.Zeynallı və vəkili Elçin Sadıqov heç bir qanuni əsas və zərurət olmadan üzərlərində aparılan axtarışlar, həmçinin təqsirləndirilən şəxsin müdafiə  konfedensiallığının pozulması məsələsinə baxılacaq.

QEYD: Məhkəmələr açıq keçirilir. Bütün müstəqil jurnalistlər, Azərbaycanda söz və ifadə azadlığının, müstəqil mətbuatın müdafiəçiləri məhkəmələrə dəvətlidir.

XuralTAC

Əlaqəli məqalələr

1 şərh

  1. Bu məmləkətdə ədalətli vicdanlı hakim olsaydı Əvəz bəy kimi şərrəfli insanlar gülər əhmədovaların vasitəsi ilə şərlənib bu rejimin siyasi girovuna çevrilməzdi. Bəla burasıdır ki, ədalətli hakimlər olmadığı kimi ədalətli mövqe nümayiş etdirə biləcək vətəndaşlarımızda çox azdır. Əvəz bəyin yaşadığı tale bir gün mənim də, sənin də, onun da nəhayyət bizim də yaşam tərzimizə təşrif buyuracaq bu qaçılmazdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button