
Milli suverenliyimizi necə qorumalıyıq?
Böyük ideallar araşdırma mərkəzinin milli suverenliyin qorunması haqda
MANİFESTİ
1. Giriş
Azərbaycan Respublikasının suverenliyi – onun dövlət müstəqilliyinin, milli varlığının və tarixi iradəsinin ayrılmaz təməlidir. Tarix sübut edir ki, azadlıq xalqımıza asan başa gəlməmiş, hər dəfə böyük qurbanlarla qazanılmışdır. XXI əsrin mürəkkəb geosiyasi çağırışları fonunda xüsusilə Rusiya Federasiyasının yeni-imperial ambisiyaları və post-sovet məkanında güc balansını öz maraqları istiqamətində dəyişmək cəhdləri, Azərbaycan dövlətinin suverenliyini birbaşa təhdid altına almaqdadır.
Bu reallıqlar qarşısında Böyük İdeallar Araşdırma Mərkəzi olaraq xalqımızı, dövlətimizi və bütün aydınlarımızı suverenliyin qorunması ideyası ətrafında birləşməyə çağırırıq.
2. Suverenlik anlayışına strateji baxış
Suverenlik – xalqın öz gələcəyini müstəqil şəkildə müəyyən etməsi, heç bir xarici gücün iradəsinə tabe olmadan siyasi, iqtisadi və mədəni yol seçməsidir.
BİAM olaraq bildiririk ki:
• Suverenlik nə bir siyasi partiyanın, nə də hakimiyyətin deyil, xalqın və dövlətin ümummilli haqqıdır.
• Suverenliyə edilən istənilən təhdid – milli təhlükəsizliyə, dövlətin bütövlüyünə və xalqın taleyinə yönəlmiş təhlükədir.
• Rusiya daxil olmaqla hər hansı xarici gücün siyasi, informativ və ya ideoloji müdaxiləsi, qəbulolunmazdır və ifşa edilməlidir.
3. Xarici təhdidlər: Rusiya faktoru və yeni hibrid savaş
Rusiya imperiyasının tarixi məqsədi Cənubi Qafqazda hegemonluğu bərpa etməkdir.
Azərbaycan xalqının azad iradəsi və müstəqil xarici siyasət kursu bu planlara uyğun gəlmir. Bu səbəbdən ölkəmizə qarşı hibrid təzyiqlər (dezinformasiya, enerji alətləri, dini və etnik manipulyasiya), siyasi destabilizasiya planları (tör-töküntü “beşinci kolonlar”), media və ideoloji sahədə təsir agenturası aktivləşdirilir.
4. BİAM tərəfindən irəli sürülən suverenlik platforması
Biz, Böyük İdeallar Araşdırma Mərkəzi olaraq:
Azərbaycanın dövlət müstəqilliyini və sərhədlərinin toxunulmazlığını milli-ideoloji dəyər elan edirik.
Xarici güclərin daxili işlərə qarışmasını qəti şəkildə rədd edirik.
Xalqın milli şüurunu gücləndirməyi və imperial ideologiyalara qarşı müqaviməti zəruri milli vəzifə sayırıq.
Rusiya və digər güclərin yaratdığı “ideoloji asılılıq tələsinə” qarşı maarifçi müqavimət cəbhəsi qurulmasını zəruri hesab edirik.
“Suverenlik əbədi dəyərdir” anlayışını orta məktəbdən, ali təhsilə, ailədən dövlət qurumlarına qədər yayıb gücləndirməliyik.
5. Təklif olunan strateji addımlar
a. Maarif və media cəbhəsi:
• “Milli suverenlik dərsləri”nin təşviqi
• Gənclər üçün təlim proqramları və təbliğat kampaniyaları
• Ədəbi, tarixi və sənədli formalarda suverenlik mövzusunun aktuallaşdırılması
b. İctimai təhlükəsizlik:
• Xarici təsir şəbəkələrinin ifşa və izolyasiyası
• “Beşinci kolon” və daxili informasiya casusluğuna qarşı ifşaedici və maarifləndirici tədbirlər
• Hüquqi mexanizmlərin gücləndirilməsi
c. Regional əməkdaşlıq:
• Türk Dövlətləri Təşkilatı çərçivəsində və digər müttəfiq dövlətlərlə suverenliyin müdafiəsi əməkdaşlığının dərinləşdirilməsi
• Gürcüstan və digər qonşularla koordinasiyalı strateji platformaların qurulması
6. Nəticə və çağırış
Suverenlik təkcə bir hüquqi status deyil, bir xalqın varlıq haqqıdır.
Azərbaycan xalqı əsarəti qəbul etməyəcək. Bizim yolumuz azadlıq, milli kimlik və ideoloji müstəqillik yoludur.
BİAM olaraq bəyan edirik:
Azərbaycan suverenliyi uğrunda mübarizə – həm ordu meydanında, həm düşüncə cəbhəsində, həm də milli birlik ruhunda davam etməlidir. Biz bu yolda ideoloji ön cəbhədəyik.
Zəlimxan Məmmədli
Böyük İdeallar Araşdırma Mərkəzi





