İran DTX-nın iddialarını rədd edir

Yayımlandı: 3 Noyabr 2022 17:11

“Xidmət Paşinyanın İrana səfərinə əsəbi reaksiya verərək, köhnə siyahını yenidən dərc etməyə başlayıb”

“Azərbaycanın təhlükəsizlik xidməti İranla əlaqələri olan qanunsuz silahlı dəstə üzvlərinin həbsi ilə bağlı qeyri-konstruktiv iddia səsləndirib. Xidmət Ermənistanın Baş naziri Nikol Paşinyanın İrana səfərinə əsəbi reaksiya verərək, köhnə siyahını yenidən dərc etməyə başlayıb və keçmiş məsələləri gündəmə gətirib”.

Bunu İranın “IRNA” dövlət agentliyi yazıb.

Bildirilib ki, ittiham elə bir vaxtda səslənib ki, İran İslam Respublikası Azərbaycan Prezidenti İlham Əliyevi rəsmi Tehrana səfərə dəvət edib. Lakin Bakı hələ də dəvətin qəbulunu yubadır.

Azərbaycan Dövlət Təhlükəsizlik Xidməti (DTX) 2022-ci il noyabrın 1-də İran xüsusi xidmət orqanının nəzarəti altında yaradılan qanunsuz silahlı birləşmənin ifşa olunduğunu bildirib.

Məlumata görə, əməliyyat-istintaq tədbirləri ilə müəyyən edilib ki, İran xüsusi xidmət orqanının nəzarəti altında, radikal-ekstremist dini ideyaların aşılanması yolu ilə Azərbaycan vətəndaşlarından ibarət gizli qanunsuz silahlı birləşmə yaradılıb.

Cinayət işində Müsəlman Birliyi Hərəkatının (MHB) üzvlərinin, eləcə də əvvəllər həbs olunmuş şəxslərin adları hallanıb. İranla işbirliyində şübhəli bilinən 19 nəfər istintaqa cəlb olunub.

MHB isə DTX-nin iddialarını təkzib edib.

Ermənistanın Baş naziri Nikol Paşinyan 2022-ci il noyabrın 1-də İrana səfər edib.

Meydan TV

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button