Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Vaşinqtonda görüşəcək

Yayımlandı: 3 Noyabr 2022 17:10

Bu dəfə görüş Blinkenin iştirakı ilə baş tutacaq

Yaxın günlərdə Vaşinqtonda ABŞ dövlət katibi, Ermənistan və Azərbaycanın xarici işlər nazirlərinin görüşü baş tutacaq.

“Bir neçə gündən sonra mən Vaşinqtona gedəcəyəm, orada ABŞ dövlət katibi Blinken və Azərbaycanın xarici işlər naziri Bayramovla görüşəcəyəm”, – Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bu gün parlamentdə bildirib.

İki gün əvvəl keçirdiyi brifinqdə ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays rəsmi Vaşinqtonun Ermənistan-Azərbaycan nizamlanması prosesində iştirakını davam etdirəcəyini açıqlayıb və dövlət katibi Entoni Blinkenin Nyu-Yorkda təşəbbüsü ilə keçirilən görüşü xatırladıb.

Meydan TV

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button