
Hadrut və Şuşadan köçən ermənilər İrəvanda aksiya keçirdilər-FOTO
"Sosial problemləri həll edin, şəhər salın!"
Ermənilər hayqırdı: “Sosial problemləri həll edin, şəhər salın!”
Hadrut və Şuşadan köçən ermənilər İrəvanda aksiya keçiriblər. Qarabağdan köçən ermənilər problemlərinin həllini İrəvan yaxınlığında qaçqınlar üçün şəhərcik salmaqda görüblər.
Qarabağda 44 günlük müharibə zamanı evlərini qoyub, qaçan Hadrut və Şuşa erməniləri Ermənistanın hökumət binası qarşısına toplaşıblar. Onlar sosial müavinətlərin azaldılmasına etiraz etməklə yanaşı, onlara qaçqın statusunun verilməsini də tələb ediblər.

Aksiyanın iştirakçısı, “Hadrut Uğrunda” ictimai təşkilatının icraçı sədri Levon Hayriyan jurnalistlərə müsahibəsində vurğulayıb ki, iyul ayına qədər Hadrut ermənilərinə adambaşına 30 min dram (təxminən 60 dollar) məbləğində sosial yardım verilib. kirayə haqqını, həmçinin 68 min dram (təxminən 125 dollar) məbləğində maddi yardım ödəyir.

Hazırda maliyyə yardımı artıq ödənilmir və kirayə üçün nəzərdə tutulan məbləğ 25 min drama (50 dollar) qədər azaldılıb. O qeyd edib ki, bu, ərzaq məhsullarının bahalaşması fonunda baş verir.
Öz növbəsində, “Şuşadan qaçan ermənilər” ictimai təşkilatının üzvü Aşot Arutyunyan qeyd edib ki, hakimiyyət 1988-ci ildəki səhvi təkrarlayır. O, İrəvan ətrafında qaçqınlar üçün şəhərcik salmağa çağırıb.
“Beynəlxalq strukturlara müraciət edəndə bizdən ilk soruşduqları şey hökumətimizin bizi qaçqın kimi tanıyıb-tanımamasıdır”, – deyən Arutyunyan Azərbaycan hakimiyyətinin belə şəhərcikləri hələ 1988-ci ildə tikdiyini bildirib.

Arutyunyanın sözlərinə görə, Qarabağ hakimiyyəti Hadrud sakinlərini və Şuşadan qaçan erməniləri 3 il müddətinə mənzillə təmin edə biləcəklərinə inandırır. Halbuki bundan əvvəl onların haradasa yaşaması lazımdır.

Xatırladaq ki, 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri münaqişə zonasında bütün təmas xətti boyunca erməni terrorçularının mövqelərinə qarşı genişmiqyaslı hücuma başlayıb. Döyüş 44 gün davam edib.
Noyabrın 9-da Rusiya, Ermənistan və Azərbaycan başçıları – Vladimir Putin, Nikol Paşinyan və İlham Əliyev noyabrın 10-da qüvvəyə minən Qarabağda atəşkəs haqqında birgə bəyanat qəbul ediblər. Ermənistan tərəfi bir sıra ərazi güzəştlərinə razılaşıb. Atəşkəs rejiminə və hərbi əməliyyatlara nəzarət etmək niyyətində olduğunu iddia edən Rusiya sülhməramlı kontingenti Qarabağa yerləşdirilib. Azərbaycan xalqı tez bir zamanda erməni və rus ordusunun Azərbaycan torpaqlarından çıxarılmasını tələb edirlər.



