
Köçəryanın məhkəməsi Serj Sarkisyanın anasının dəfnində iştirak etdiyi üçün təxirə salınıb
Məhkəmə Ermənistanın ikinci prezidenti Robert Köçəryanın və baş nazirin keçmiş müavini Armen Gevorqyanın işi üzrə növbəti iclası noyabrın 16-na təyin edib.
Ermənistanın ikinci prezidenti Robert Köçəryan və baş nazirin keçmiş müavini Armen Gevorqyanın işi üzrə növbəti məhkəmə iclası yenidən təxirə salınıb. Bu dəfə təxirə salınmaya səbəb Robert Köçəryanın Ermənistanın üçüncü prezidenti Serj Sarkisyanın anasının dəfn mərasimində iştirak etmək niyyətində olması ilə bağlı müraciəti olub. Bu barədə Köçəryanın vəkillər komandası məlumat yayıb.
Məhkəmə müdafiə tərəfinin apellyasiya şikayətini təmin edib və növbəti prosesi noyabrın 16-na təyin edib.



