Gərginlik qalmaqdadır – Ermənistan və Azərbaycan sərhədindəki vəziyyətlə bağlı Zas

KTMT-nin baş katibi Ermənistan-Azərbaycan sərhədindəki vəziyyəti şərh edib.

Ermənistan və Azərbaycan tərəflərinin təmas xəttində gərginlik qalmaqdadır. Xural.com erməni mətbuatına istinadən xəbər verir ki, bunu KTMT-nin baş katibi Stanislav Zas MDB Təhlükəsizlik Şuraları katiblərinin IX iclasının iştirakçılarına salamlama nitqində deyib.

“Ermənistan, Azərbaycan və Rusiyanın 9 noyabr 2020-ci il tarixli Bəyanatında təsbit olunmuş üçtərəfli sazişlər “Dağlıq” Qarabağda qan tökülməsinə son qoymağa imkan verib. Lakin atılan addımlara baxmayaraq, Ermənistan və Azərbaycan tərəflərinin təmas xəttində hələ də gərginlik qalmaqdadır”, – KTMT rəhbəri bildirib.

Xatırladaq ki, noyabrın 16-da Azərbaycan Silahlı Qüvvələrinin bölmələri şərq istiqamətində erməni mövqelərinə zərbələr endirərək, ermənilərin növbəti təxribatının qarşısını alıb. Yerli döyüşlər artilleriya, zirehli texnika və atıcı silahlardan istifadə etməklə müşayət olunub. Rusiya tərəfinin vasitəçiliyi ilə əldə olunan razılaşmaya əsasən, Ermənistan-Azərbaycan sərhədinin şərq istiqamətində saat 18:30-da qarşıdurma dayandırılıb.

Xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button