Hulusi Akardan Ermənistana SƏRT REAKSİYA – “ŞUŞA BƏYƏNNAMƏSİ”ni xatırlatdı

“Şuşa Bəyannaməsi sadəcə iki ölkənin deyil, bütün Qafqazın inkişafı və sabitliyi üçün böyük əhəmiyyət kəsb edir”.

Xural.com xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar jurnalistlərə açıqlamasında deyib.

“Ermənistan cənab Prezidentimiz Rəcəb Tayyib Ərdoğan və cənab İlham Əliyevin uzatdığı sülh və dostluq əlini tutmalı, “altılıq” platforması təklifimiz də daxil olmaqla, bu fürsətləri yaxşı dəyərləndirməlidir. “İki dövlət, bir millət” prinsipi ilə kədərdə və sevincdə birlikdə olduğumuz azərbaycanlı qardaşlarımızın bu günədək olduğu kimi, bundan sonra da haqlı mübarizələrində yanlarında olmağa davam edəcəyik”, – deyə Akar vurğulayıb.

Xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button