Ermənilər yenə “qudurub”

Sabitliyin qorunmasına zəmanət verən rus sülhməramlıların gözü qarşısında ermənilər yenə silaha əl atıblar.

Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisində, qanunsuz erməni silahlı dəstələri tərəfindən iyulun 13-də saat 21:34-də və saat 21:45-də Şuşa şəhəri ətrafındakı Azərbaycan Ordusunun mövqeləri pulemyot və avtomatlardan atəşə tutulub.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin iyulun 14-də yaydığı məlumatda deyilir.

Məlumata görə, Azərbaycan bölmələrinin şəxsi heyəti arasında həlak olan və yaralanan yoxdur.

Xatırladaq ki, Şuşa şhəri 1991-çi il mayın 8-də Ermənistan tərəfindən iğal edilmişdi. 2020-ci il sentyabrın 27-də başlayan və 44 gün davam edən Vətən müharibəsi dövründə işğaldan azad edilib.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button