Baş həkim Xəzər TV-nin xanım əməkdaşına hücum edib

"İstədiyim vaxt Mətbuat Şurasının sədri Əflatun Amaşova zəng edib, sözümü deyə bilirəm. Başqa yerdən də sizə deyəcəklər."

Bakıda polikilinikanın baş həkimi Xəzər TV – nin xanım əməkdaşı ilə əlbəyaxa olub.
Xəzər Televiziyasının Xəbərlər xidmətinin əməkdaşı Ülkər Qasımova bir müddət əvvəl vaksinasiya ilə bağlı şikayətlərin olduğu Nərimanov Rayon 8 saylı Şəhər Polikilinikasından reportaj hazırlamağa gedib.

Xanım müxbir polikilikinada çəkiliş etmək istəyərkən baş həkim Tamilla Kərimova ona hücum edib. Heç bir məlumat verməyəcəyini deyən baş hakim jurnalist Ülkər Qasımovanı və onun operatorunu polikinikadan qovmağa çalışıb . Həmin vaxt jurnalist Ülkər Qasımova öz vəzifə öhtəliklərini xatırladarkən baş həkimlə xanım jurnalist arasında əlbəyaxa dava olub. Daha sonra Xəzər televiziyasının müxbiri və operatoru vaksinasiya vurdurmaq üçün müraciət edən vətəndaşların köməkliyi ilə ərazidən uzaqlaşdırlıb.

Məsələ ilə bağlı Manset.az-a açıqlama verən 8 saylı Şəhər Polikilinikasının Baş həkimi Tamilla Kərimova yaşanan insidenti təsdiqləyib:

“Xəzər TV – nin xanım müxbiri polikinikada vaksinasiya prosesinə kobud sürətdə müdaxilə edirdi. Ona görə də kənardan baxa bilməzdim. Mənu onu qovmalı idim. Başladı burda hay-huy salmağa, özündən çıxdı. Mən göydən düşmüşəm? Mən bu poliklinikaya gələndən 3 qəzet bağlamışam. Həmin gün qeydiyyatdan keçən xəstəxananın pasientlərini şahid kimi dəvət edəcəm. Mən üç qəzet bağlatdırmışam. Heç bir mətbu orqandan qorxmuram. İstədiyim vaxt Mətbuat Şurasının sədri Əflatun Amaşova zəng edib, sözümü deyə bilirəm. Başqa yerdən də sizə deyəcəklər. Bu məsələni işıqlandırsanız sizi də məhkəməyə verəcəm”.

Xatırladaq ki, ötən ilin noyabr aylarında 8 saylı poliklinikada zəhərlənmə hallarının olması ilə bağlı mətbuata çoxsaylı şikayətlər daxil olub və REAL TV yə müsahibəsində 8 saylı Şəhər Polikilinikasının Baş həkimi Tamilla Kərimova bu şikayətləri əsassız hesab etməklə yanaşı, həm də şayə adlandırıb.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button