Ermənistan vətəndaşının Azərbaycana deportasiyasının qarşısı alınıb

Ermənistan Baş Prokurorluğu ölkə vətəndaşının Rusiyadan Azərbaycana deportasiyasının qarşısını alıb.

Azərbaycanda doğulmuş erməni Rusiyada inzibati qaydalarını pozduğu üçün onun ölkədən deportasiyası barədə qərar verilib.

Məhkəmə qərarında səhvən onun Azərbaycan vətəndaşı kimi göstərilməsinə görə, Ermənistan vətəndaşının Bakıda deportasiyası riski yaranıb.

Ermənistan tərəfinin müraciətindən sonra Rusiya tərəfi qərara dəyişiklik edərək qanun pozucusunu Ermənistana deportasiya edib.

Xural.com

mənbə

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button