
Belarusun xarici işlər naziri: “Kiyevlə dialoqa daim hazırıq”

Vladimir Makey
Belarusun xarici işlər naziri Vladimir Makey Ukraynanın bu ölkədəki səfiri ilə görüşə bilər.
Bu barədə V.Makey deyib.
O bildirib ki, Belarus və Ukrayna müdafiə nazirləri arasında aparılan danışıqlar gərginliyin azalmasına imkan verir.
Nazir, həmçinin Kiyevlə dialoqa daim hazır olduğunu bildirib. O həm də deyib ki, birgə hərbi təlimlər başa çatdıqdan sonra Rusiyanın bütün qüvvələri Belarusu tərk edəcək:
“Təlimlərdən sonra Belarusda bir dənə də olsun rus hərbçisi və ya Rusiya hərbi texnikası qalmayacaq”, – nazir vurğulayıb.
Belarus XİN rəhbəri qeyd edib ki, iki ölkənin birgə hərbi təlimlər keçirmək üçün kifayət qədər əsası var, çünki NATO Qərbdə, o cümlədən Belarusla həmsərhəd ölkələrdə fəaldır.



