“Ermənistan bu cür imkanı qaçırdı” – Lavrov

“Ermənistan bu cür imkanı qaçırdı”

Rusiyanın xarici işlər naziri Sergey Lavrov ermənistanlı həmkarı Ararat Mirzoyanın Moskvada bu gün keçirilməsi planlaşdırılan Rusiya, Azərbaycan və Ermənistan XİN rəhbərlərinin üçtərəfli görüşündə iştirak etməkdən imtina etməsinə münasibət bildirib.

Rusiya mediası xəbər verir ki, Lavrov bu barədə Moskvada Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla görüşündə danışıb.

“Biz bu tədbirə hazırlaşırdıq, lakin Ermənistan tərəfi son anda Moskvaya gəlməkdən imtina etdi. Təəssüf ki, bu cür imkan qaçırıldı. Yerdə hansısa məsələlər yarana bilər, düşünürəm ki, mütəmadi olaraq görüşmək, razılaşmaq, etimadı gücləndirmək və bütün məsələlərin nizamlanması üçün zəmin yaratmaq lazımdır”, – deyə Lavrov qeyd edib.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button