“Biz hər zaman ikitərəfli görüş keçirmək fürsətindən istifadə edirik…”

Ceyhun Bayramov: “Biz hər zaman ikitərəfli görüş keçirmək fürsətindən istifadə edirik…”

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Moskvada rusiyalı həmkarı Sergey Lavrovla görüşündə deyib ki, “Biz hər zaman ikitərəfli görüş keçirmək fürsətindən istifadə edirik”.

“Düşünürəm ki, səmərəli müzakirələr aparacağıq. Dövlətlərimiz arasında münasibətlərin qurulmasının yubiley ilinə yekun vurmaq və 2023-cü ilin əvvəli ilə bağlı məsələləri müzakirə etmək imkanımız olacaq”, – nazir bildirib.

C.Bayramov bu görüşün təşkilinə görə rusiyalı həmkarlarına təşəkkür edib. Onun sözlərinə görə, görüşün keçirilməsi haqqında razılıq dekabrın əvvəlində əldə olunub.

Xatırladaq ki, dekabrın 23-də Moskvada keçirilməli olan görüşdə Azərbaycan ilə Ermənistan arasında imzalanacaq sülh müqaviləsinin hazırlanmasına dair məsələlərin müzakirəsi planlaşdırılırdı, lakin rəsmi İrəvan görüşdən imtina edib.

Bundan əvvəl  xəbər verilmişdi ki, Moskvada Azərbaycan, Rusiya və Ermənistan XİN başçılarının görüşündə İrəvan iştirakdan imtina etmişdi.

TASS xəbər verir ki, Rusiya XİN sözçüsü Mariya Zaxarova deyib ki, Rusiya XİN başçısı Sergey Lavrov azərbaycanlı həmkarı Ceyhun Bayramovla telefon danışığında İrəvanın qərarından təəssüfləndiyini söyləyib.

Məlumata görə, dekabrın 23-də Moskvada keçirilməli olan görüşdə Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh müqaviləsinin hazırlanmasına dair məsələlərin müzakirəsi planlaşdırılırmışdı.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button