ƏRDOĞANDAN NATO LİDERLƏRİNƏ İLGİNC HƏDİYYƏ

Starmer silah idxalı ilə bağlı qaydalara görə revolveri Böyük Britaniyaya apara bilməyib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 36-cı NATO Dövlət və Hökumət Başçıları Zirvə Toplantısında iştirak edən liderlərə xüsusi hazırlanmış, adları həkk olunmuş revolverlər və bir qutu sursat hədiyyə edib.

Xural.org axar.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Məlumata görə, silahların öz ölkələrinə daşınması üçün lazımi ixrac sənədləri də liderlərə təhvil verilib.

Lakin Böyük Britaniyanın Baş naziri Keyr Starmer ölkəsində silah idxalı ilə bağlı qaydalara görə aldığı revolveri Böyük Britaniyaya apara bilməyib.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button