ZABİL QƏHRƏMANOVUN MƏHKƏMƏSİ BAŞLADI

Gəncə Şəhər Məhkəməsində Ülkər Babazadənin sədrliyi ilə hazırlıq iclası keçirilib

Xuliqanlıq və dələduzluqda təqsirləndirilərək həbs olunan vəkil Zabil Qəhrəmanovun cinayət işi üzrə məhkəmə başlayıb.

Xural.org gununsesi.info-ya istinadən xəbər verir ki, məlumata görə, dünən Gəncə Şəhər Məhkəməsində hakim Ülkər Babazadənin sədrliyi ilə məhkəmənin hazırlıq iclası keçirilib.

Proses iyulun 10-da davam etdiriləcək.

Qeyd edək ki, Zabil Qəhrəmanov ötən ilin oktyabrında saxlanılıb.

Gəncə Şəhər Məhkəməsinin qərarına əsasən, barəsində həbs qətimkan tədbiri seçilib.

Ona cinayət işi Gəncə Şəhər Baş Polis İdarəsində açılsa da, sonradan istintaq Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsində aparılıb.

Zabil Qəhrəmanov Cinayət Məcəlləsinin 4 maddəsi – 221.2.2-ci (xuliqanlıq – ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərmək), 178.2.2-ci (dələduzluq, təkrar törədildikdə), 178.2.3-cü (dələduzluq, şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə), 178.2.4-cü (dələduzluq, xeyli miqdarda ziyan vurmaqla törədildikdə) ilə ittiham olunur.

Zabil Qəhrəmanov ittihamları rədd edir, həbsini peşə faəliyyəti ilə bağlayır.

Xural.org vəkil Zabil Qəhrəmanovu siyasi və vicdan məhbusu hesab edir.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button