ƏVƏZ ZEYNALLI NATO SAMMİTİNDƏN YAZDI: “ƏRDOĞAN VƏ TÜRKİYƏ TƏHLÜKƏDƏ”

"Tramp müasir dünyanın ən təhlükəli, yalançı və anlaşılmaz lideridir"

Əvəz Zeynallı Ankarada keçirilən NATO sammitindən status paylaşıb. Statusu xural.org olaraq Oxucularımıza təqdim edirik:
“Tramp müasir dünyanın ən təhlükəli, yalançı və anlaşılmaz lideridir. Onun kimisi yoxdur. Bütün dünya nizamını bitirib və batırıb.
Trampın dediklərini tərsindən oxumaq lazımdır. Tramp nə deyir, “Ərdoğan dostumdur, onu sevirəm, nə deyirəmsə edir”, deyir. Deməli, Ərdoğanın və Türkiyənin başında ciddi təhlükələr var. Tramp başqa nə deyir, Türk ordusunu öyür, dünyada ən böyük və nizam-intizamlı ordudur deyir, deməli, Allah qorusun, Türk ordusu ilə bağlı məkrli və düşməncə planlar(ı) var. Daha nə deyir Tramp, deyir ki, Türkiyə İranla onun tərəfində müharibəyə girəcəkdi, mən istəmədim, girmədi. Deməli, Türkiyəni İranla savaşa soxmağı düşünür, fikrindəki odur. Axı Tramp həm də Netanyahunu sevir… Həm də Atatürkü ziyarəti proqramdan çıxarır… Həm də Ankaradan İranı vurmaq əmri verir…
Bəli, dünyanın o çağlarına gəldik ki, çıxışları düzünə yox, tərsindən oxumaq lazım…”
Xural.org

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button