Elşad Abdullayevdən növbəti video-“bomba”

21.02.2013

“Mahiri hökümətin içindəki banditlər oğurlayıb”; Sabiq rektor elə adamla söhbətini yaydı ki…

Fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin rektoru, hazırda Fransada mühacir həyatı yaşayan Elşad Abdullayev qardaşı Mahir Abdullayevin işi ilə bağlı apardığı danışıqlara aid növbəti video yayıb. Budəfəki videoda Elşad Abdullayevin söhbət etdiyi Bakı aeroportunun polis rəisinin müavini Rasim İldırımzadədir. Videonu Mahir Abdullayevin işi ilə bağlı Fransada Elşad Abdullayevə kömək edən azərbaycanlı fəal Elnur Məcidli özünün Facebook səhifəsində yayıb.

E.Məcidli vido ilə bağlı bu məzmunda arayış da verib:

– Rasim İldırımzadəylə bağlı video kadrlar hissələrlə yayınlanacaq. İlki 31 dəqiqədir. Video görüntülər 09.Xl.2004-cü il tarixində qeydə alınmışdır.

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Aeroport Polis rəisinin müavini polkovnik Rasim Əli oglu İldrımzadə daxili işlər naziri Ramil Usubovun qudası, Bakı şəhəri Xətai rayon prokuroru Yusif İldrımzadənin qardaşıdır.

Video görüntülərdə DİN-in polkovniki Rasim İldrımzadənin cinayət xarakterli əməlləri aşagıdakılarla xarakterizə olunur :

1. DİN-in polkovniki Rasim İldrımzadə Azərbaycanda adadm oğurluğu ilə məşğul olan mütəşəkkil cinayətkar təşkilat – “ölüm eskadronu ” tərəfindən oğurlanmış Milli Təhlükəsizlik Nazirliyinin zabiti Mahir Abdullayevin geri qaytarılması ücün onun qardaşı, hüquq professoru Elşad Abdullayevdən 1 milyon ABŞ dolları tələb etmişdir;

2. Rasim İldrımzadə zərərcəkmiş Elşad Abdullayevlə BDU-in huququ fakültəsində birgə oxuduqları dövrü və müəllimlərini xatırlayır:

3. Rasim İldrımzadə “Mahiri məndən başqa hec kim gətirə bilməz, siz mənə qarant durmalısınız” deyir;

4. Rasim İldrımzadə qeyd edir ki, Mahirin yerini bilir, o sağ-salamatdır, onu gözlərilə görüb;

5. Rasim İldrımzadə Elşad müəllimi inandırmağa çalışır ki, Mahiri 3-5 günə şəxsən gətirib təhvil verəcək;

6. “Mahir hazırda Azərbaycanın sərhəddindədir”;

7. “Mahiri siravi oğrular oğurlamayıb, hökümətin içindəki banditlər oğurlayıb, Mahir KQB-dir”;

8. “Mahirə görə kim sənin yanına gəlsə, qov getsin, hətta mənim adımdan da gəlib desələr belə, yaxınına buraxma”;

9. “Mahir sağdır, gəlib, nə olubsa, hər şeyi sənə danışacaq , səninlə telefonla danışmağa qoymurlar”;

10. “Elşad müəllim, Mahiri məndən alarasan, bu gündən Mahirə mənəm cavabdeh”;

11. “Bizim krışamız Ramil Usubov və Ramiz Mehdiyevdir”.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button