
ƏVƏZ ZEYNALLININ MƏHKƏMƏSİ TƏXİRƏ SALINDI – (FOTO)
Bakı Ağır Cinayətlər Məhkəməsində “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallının işi üzrə keçirilən məhkəmə iclası təxirə salındı. Məhkəmənin təxirə salınmasına səbəb kimi işi aparan hakimlərdən biri Tamilla Nəsrullayevanın xəstə olması göstərilib.
Qeyd edək ki, məhkəmə prosesini izləmək üçün Müsavat Partiyasının başqanı İsa Qəmbər, Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı, media və ictimaiyyət nümayəndələri gəlib.
Ə. Zeynallının növbəti məhkəmə prosesi fevralın 28-i saat 14:00-da keçiriləcək.
Məlumat üçün deyək ki, ötən məhkəmə iclasında prokuror Ramazan Hadıyev məhkəmədən baş redaktorun 11 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Bu dəfəki məhkəmə prosesində Ə.Zeynallının və vəkillərinin çıxışı planlaşdırılmışdı.
Əvəz Zeynallı 2011-ci il oktyabrın 28-də həbs olunub . O, sabiq deputat Gülər Əhmədovadan hədə-qorxu yolu ilə 10 min manat rüşvət istəməkdə ittiham olunur. Hazırda G.Əhmədovanın özü haqqında AR CM-nin 307.2 və 178-ci maddələrilə cinayət işi qaldırılıb. Özü isə həbs edilərək BİT-da saxlanılır.
XuralTAC





