“Deputatların monitorları “dayan, doldurum”la işləyir…”

Milli Məclisin deputatı Sabir Rüstəmxanlı deputatların istifadə etdiyi monitorların ləng işləməyindən gileylənib.

Deputat qeyd edib ki, bu, millət vəkillərini işini yubadır: “Bir beş dəqiqə barmağını sürtməlisən ki, ekran yerindən tərpənsin. Bunlara baxılsın. Qanun layihələrinin hamısını kağızda izləmək mümkün deyil.

Monitorda işləmək asandır, o da ləng işləyir. “Dayan, doldurum” deyirdilər e. Bax o cürdür. Xahiş edirəm, texniki işçilər buna ciddi yanaşsınlar”. Milli Məclisin sədri Sahibə Qafarova isə bildirib ki, bu məsələyə baxılacaq.

 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button