Təqsirləndirilən şəxs məhkəmə zalında vəfat etdi

Yayımlandı: 23 Dekabr 2022 14:47

Nazirliyin keçmiş əməkdaşı dələduzluqda ittiham olunurdu

Vaxtilə Naxçıvan Muxtar Respublikası (MR) Ədliyyə Nazirliyində işləmiş Şəmil Qədimov dekabrın 23-də məhkəmə zalında vəfat edib. Hadisə saat 12 radələrində Bakı Ağır Cinayətlər Məhkəməsində baş verib.

62 yaşlı Şəmil Qədimov təxminən 6 aydır ki, bu məhkəmədə mühakimə olunurdu. Lakin o, həbsdə deyildi. Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vuqmaqla dələduzluq) maddəsilə ittiham edilən Şəmil Qədimovun işi üzrə növbəti məhkəmə iclası 23 dekabr saat 12.00-a təyin olunmuşdu. Onun işinə Cavid Hüseynovun sədrlik etdiyi, Eldar İsmayılov və Samir Əliyevdən ibarət hakimlər kollegiyası baxırdı.

Məhkəmə zalında Şəmil Qədimovun durumu qəfildən pisləşib. Təcili yardım gələnə qədər o, ürək tutmasından vəfat edib.

Onun işi üzrə iki nəfər zərərçəkmiş qismində tanınıb. Bunlar Mikayıl Zeynalov və İsrayıl Zeynalovdur.

Meydan TV

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button