
Bu məhkəmədə yalnız haqlı olanların ürəyi tab gətirəcək…
Əvəz Zeynallı: “Mən bilmək istəyirəm ki, 2005-ci ildə bitmiş, mülki qaydada həll olunmuş bir işi istintaq hansı əsasla 2011-ci ildə 311-ci maddə ilə mənim qarşıma çıxardıb.”
Dekabrın 5-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Ramella Allahverdiyevanın sədrliyilə “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallının məhkəmə prosesi davam edib. İclasın ilk dəqiqələrində Ə.Zeynallı məhkəməyə və dövlət ittihamçısına əvvəlcə zərərçəkmiş, sonradan isə şahid qismində ifadə verən sabiq millət vəkili Gülər Əhmədovanın məhkəmə prosesində iştirakının təmin olunmasına iradını bildirdi. Mən hər dəfə bu qadının özfəaliyyətilə bağlı sizə məlumat verirəm və bildirirəm ki, ay hörmətli hakimlər, dövlət ittihamçısı bu qadın deyəndə ki, xəstəyəm yerimdən qalxa bilmirəm, inanmayın. Budur, sonra da utanmadan cəmiyyət içinə çıxıb, sağ əli Əhməd Şahidovun – o Ə.Şahidov ki, iyulun 2-də bura adam döyməyə gəlmişdi – “Sevdiyim qadın” kitabının təqdimatyına gedir və jurnalistlərin, “Ə.Zeynallı ilə sizin əməlinizdə nə kimi fərq var?” sualından yayınır, deməli bu qadın yalançıdır. Yalan danışmaq bunun peşəsidir, alnına yazılıb, doğulanda. Sonra mənim dediklərimi yenə başqa yerə yozmayın, açıq etiraf edin ki, onu bura gətizdirə bilmədiniz. Qoymadılar. Başını idarəedənlər qoymadılar, sizin də cəsarətiniz çatmadı…”
Ə.Zeynallının ilk çıxışını sükutla qarşılayan məhkəmə, prokuror R.Hadıyevin sualları ilə davam etdi. Dövlət ittihamçısı istintaqa əlavə edilən 311.3.2 və 311.3.3 maddələri əsasında ifadə verən şahidlərin dediklərinə uyğun suallar verməyə başladı. “Kurort” ASC-nin sabiq sədri Akif Məmmədovun Ə.Zeynallı ilə hansı münasibətlərdə olduğu, onun haqqında “Xural” qəzetində gedən yazıların dayandırılması müqabilində Ə.Zeynallıya rüşvət verib-verməməsilə bağlı suallarına, baş redaktor, “Burada şahid kimi ifadə verən Xanoğlan Muxtarov iddia etdi ki. o, A.Məmmədovun əvəzindən guya mənə pul verib. A.Məmmədov isə mənə heç bir rüşvət vermədiyini etiraf etdi – istintaqın təzyiqlərinə baxmayaraq – Mən özünü “nökər” adlandıran Xanoğlandan hansı səbəbdən rüşvət almalı idim ki? Xanoğlan kimdir ki? Bu tip adamlar 80 yaşında da üzə duracaqlar, bunların peşəsi budur.” Prokurorun “İnturAvto” Şirkətinin sahibi Aydın Heydərovdan da hədə-qorxu yolu ilə pul tələb olunması məsələsinə toxunan zaman Ə.Zeynallı, “hüquq bir yerlərdə dayananda onun yerinə milli adətlərimiz danışır. Əgər mən bu adamdan hədə-qorxu etməklə rüşvət istəmişəmsə, mənim, yox əgər bu adam mənim üzümə yalandan durub, şərləyirsə, onun ölüsünə,dirisinə, əslinə-əbəjdadına lənət!” deməsi dövlət ittihamçısı tərəfindən çox aqressivliklə qarşılandı və o məhkəmədən Ə.Zeynallının bu cür təhqirlərə yol verməsinə imkan verməməyə çağırdı.
Əvəz Zeynallı:
Prokuror:
«ARTIQ ÜRƏYİM AĞRIYIR…»
Prokuror (hakimə):
Əvəz Zeynallı (Cinayət Prosessual Məcəlləni qəfəsə çırparaq):
Hakim:
Ə.Zeynallı, “Bah… Gülərin ürəyi var, Sabirinin, Aydınının ürəyi var, Akifinin Mürvətinin, bunları əl oyuncağına döndərənlərin, hətta prokurorun da ürəyi varmış… Tək Ə.Zeynallının ürəyi yoxdur! Ə.Zeynallının ürəyinin yerinə daş asılıb. Bunlara bax. Birinci gündən demişəm. Bu məhkəmədə yalnız haqlı olanların ürəyi tab gətirəcək, haqsızlarınsa bağrı çatlayacaq. Bu yolu mən seçməmişəm onlar üçün…” dedi. Tərəflərin sakitləşmədiyini görən hakim iki dəfə fasilə elan etdi.
Fasilədən sonra prokuror, istintaq müddətində toplanması vacib olan heç bir dəlilin olmadığını ortaya çıxardı. Ə.Zeynallı prokuroru işlə yaxından tanış olmamaqda ittiham etdi: Sabir Tarverdiyev deyir kİ. Elmar Vəliyevin müavini mənə dedi ki, biz pul verib, Ə.Zeynallının tutduracağıq mən qoymadım. Prokuror başqa bir cinayətin açılmasına vəsilə olacaq bir ifadəni nə üçün ciddiyə almadı? Sərf eləmədi? Elmar Vəliyevin adı burada tez-tez çəkilir, istintaq 7 ay hansı işlə məşğul olub? Niyə E.Vəliyevin də ifadəsini işə əlavə etməyib? Siz mənə burada sual vermək adı ilə dilimdən fakt toplamağa çalışırsınız. İttiham tərəfi belə olur? Bu günə qədər fakt dediyiniz bütün sənədləri mən özüm sizə təqdim etmişəm. Bəs sizin işinizin adı nə olub?”
«İNDİ MƏN DƏ SİZDƏN SORUŞURAM…»
Əvəz Zeynallı:
Prokuror:
Əvəz Zeynallı:
Ə.Zeynallıya qarşı qaldırılmış dıgər maddələr üzrə ittihamlar da baş redaktor tərəfindən qəbul edilmədi.
Məhkəmə prosesi dekabrın 12-də saat 14.00-da davam edəcək.
Xatırladaq ki, Ə.Zeynallı adı korrupsiya faktında hallanan və hazırda haqqında AR CM-nın 178-ci maddəsilə cinayət işi qaldırılan sabiq deputat G.Əhmədovanın əsassız rüşvət ittihanları ilə həbs olunub. Hazırda 14 aydır ki, baş redaktor əsassız olaraq həbsdədir.
XuralTAC




