PAŞAYEVLƏRİN İLK ZƏFƏRİ

PA rəhbəri
01.12.2012
Ramiz Mehdiyev nəzarətə götürüldü; İlham Əliyev onu müavinlərlə «mühasirəyə» aldı; Məhərrəm Əliyev adminstrasiyaya gətirildi
İlham Əliyev Prezident Administrasiyasının (PA) rəhbəri Ramiz Mehdiyevə müavinlər təyin edib. Ölkə başçısının noyabrın 29-da imzaladığı sərəncamlara əsasən PA-nın xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov, PA-nın regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Zeynal Nağdəliyev və prezidentiòn iqtisadi məsələlər üzrə köməkçisi Əli Əsədov Ramiz Mehdiyevin müavinləri təyin ediliblər.
Dünən isə ölkə başçısı daha üç sərəncam imzalayıb. Bunlardan biri prezidentin təhlükəsizlik və müdafiə məsələləri üzrə köməkçisi Vahid Əliyevin Ramiz Mehdiyevin müavini, digəri isə Bakı Şəhər Baş Polis Idarəsinin sabiq rəisi, Azərbaycanın Tacikistandakı keçmiş səfiri Məhərrəm Əliyevin prezidentin müdafiə məsələləri üzrə köməkçisi xidmətinin Müdafiə məsələləri şöbəsinin müdiri vəzifəsinə təyin edilməsi haqqındadır. Üçüncü sərəncam isə Məhərrəm Əliyevə general-leytenant hərbi rütbəsi verilməsi haqqındadır.
Ilham Əliyevin yeni təyinatları müxtəlif mülahizələrə səbəb olub.
Məsələ burasındadır ki, PA rəhbəri postundan sonra üç mühüm vəzifə var: Ictimai-siyasi şöbə, hüquq-mühafizə orqanları ilə iş şöbəsi və regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri. Amma maraqlıdır ki, Ilham Əliyev bunlardan yalnız birini – Zeynal Nağdəliyevi Ramiz Mehdiyevin müavini təyin edib. PA rəhbərindən sonra mühüm postlar tutan ictimai-siyasi şöbənin müdiri Əli Həsənov və hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov Ilham Əliyevin diqqətini “cəlb etməyib”. Ölkə başçısının onları Ramiz Mehdiyevin müavini postuna layiq bilməməsi siyasi mülahizələrlə izah edilir. Bildirilir ki, bu təyinatlar əslində Ramiz Mehdiyevi sıxışdırmaq məqsədi daşıyır. Onun müavini təyin edilən şəxslərdən ikisi PA rəhbərinə qarşı olan şəxslərdir. Əli Əsədov milli təhlükəsizlik naziri Eldar Mahmudovla yaxın qohumdur və birbaşa Ramiz Mehdiyev və komandasına rəqib olan Paşayevlərə yaxındır. Zeynal Nağdəliyev isə Ilham Əliyevin özünə yaxın şəxsdir. Digər tərəfdən o Ramiz Mehdiyevin postuna iddialıdır. Novruz Məmmədovla Vahid Əliyevə gəlincə, onların təyinatı iz azdırmaq məqsədi daşıya bilər.
Bu təyinatlarda məqsəd Ramiz Mehdiyevin təsir imkanlarını azaltmaqdırsa, əlbəttə ki, Əli Həsənovun PA rəhbərinə müavin təyin edilməsi səhv addım olardı. Çünki bu şəxs Ramiz Mehdiyevin komandasının üzvüdür. Fuad Ələsgərov isə siyasi iddiaları olan fövqəladə hallar naziri Kəmaləddin Heydərovla müttəfiqdir. Onun müavinliyi “fövqəlnazir”in daha da güclənməsinə xidmət edərdi.
Məhərrəm Əliyevin də PA-ya gətirilməsi təsadüfi deyil. O, Ramiz Mehdiyevin komandasının üzvü daxili işlər naziri Ramil Usubovun əzəli rəqibidir. Ilham Əliyevin yenidən ona etimad etməsi daxili işlər naziri üçün sarsıdıcı zərbə sayıla bilər.
Bütövlükdə bu təyinatlarla Paşayevlərin administrasiyanı nəzarətə götürdüklərini söyləmək olar (azadliq.info)




Tarixə “Qırmızı kardinal” kimi düşən XVII əsrdə Fransanın Kardinalı Rişelye öz sarayında çoxlu lazımsız və gülməli vəzifələr təyin etmişdi. Bu vəzifələri tutanlar, əsasən, Kardinal Rişelyeni axşam yatağa yatırmaq üçün hazırlayanlarlar idi. Onların çox qəribə, deyərdim ki, utancla səslənən vəzifələri vardı. Kardinal Rişelyenin dırnaqlarını tutan, alt paltarını dəyişən, yataq otagına gedən yola və yataq hazırlığı başa çatanadək şam tutan))), musiqi alətində laylayı əvəzləyən həfif musiqi çalan, kardınalın otagında tualetini başa vurması üçün taz tutan, tərini qurulayan və bu kimi 10-la vəzifə. Hər şey kardinal Rişelye üçün idi, onun rahatlığına xidmət edirdi. Rişelyenin klanı isə ölkədə özbaşınalıqlar edir, əhali yoxsulluq içində qıvrılırdı. Lap elə bizdə olduğu kimi…. Azərbaycanın “Boz Kardinalı” Ramiz Mehdiyev sələfi- “Qırmızı Kardinal” Rişelyedən geri qalmayıb. O özünün rahatlığı naminə təyin etdiyi saysız –hesabsiz işə yaramaz, simasız, quldur, dondan-dona girməkdə mahir, minüzlü, yaltaq, oğru, xalqdan xəbəri olmayan quldur məmur sürüsünün əhatəsində özünü hədsiz xoşbəxt hiss edir! O qədər xoşbəxtlik zirvəsinə çatıb ki, prezidentin əliylə onu gün ərzində … daşıyacaq 3 məmur azlıq etdiyindən, dördcü məmuru – Məhərrəm Əiyevi də bu siyahıya atdırdı. Bəs nədir, onlardan ikisi boz kardinalı … , biri əlində qızıl … saxlayacaq, 4-ci isə Boz Kardinal Ramiz Mehdiyevin …………………….. Amma düşünürəm ki, …………. boz kardinalımıza dövlətimizin son borcudur. Çünki az keçməmiş nazirlər də bu həvəsə düşəcək. Yanı mini yubkalı qızların xidməti daha onları sevindirməyəcək, keçəcəklər prezidentin sevmədiyi məmurlari özləri üçün ovlamağa. Nədir məgər onlar bu ölkəni Boz kardinaldan az dağıdıblar???? Odur ki, yaxşı vəzifələr hamı üçün əlçatan olacaq))))))))))))))))))))))))) ölmədik bu günü də gördük)))))))))))))))))))) pardoooonnnn, unutdum….. İslam dininin banisi, Allahın elçisi (Rəsulullah), Peyğəmbərlərin möhürü (xətəmun-nəbiyin), əsl dinin başlıca və axırıncı peyğəmbəri hesab olunan məsum peyğəmbərimiz Həzrəti Məhəmməd hər kişiyə 4 müavinin gərək olduğunu buyurmuşdu))))))))))))))))))))))))))))))))))))) Ramiz Mehdiyev də layiq olduğu məqamda o müavinlərə sahib oldu. Həmd olsun peyğəmbərimizə!!!!