BDU rektorunun müşavirini bıçaqlayan şəxsə hökm oxunub

BDU rektorunun müşavirini bıçaqlayan şəxsə hökm oxunub

Bakı Dövlət Universitetinin (BDU) rektor müşavirini və komendantını bıçaqlamaqda təqsirləndirilən İsmixan Mirzəyevə hökm oxunub və o, 7 il müddətinə azadlıqdan məhrum edilib.

Bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi İlham Mahmudovun sədrliyi ilə keçirilən prosesdə elan olunub.

Qeyd edək ki, hadisə 2021-ci ilin iyul ayının 27-də BDU-da qeydə alınıb.

Belə ki, universitetin əsas korpusunda orada təsərrüfat şöbəsində fəhlə işləyən İ.Mirzəyev rektorun maliyyə məsələləri üzrə müşaviri Mirzə Mirzəyev və komendant Şahlar Bəgalıyevə bıçaqla xəsarət yetirib.

Hadisəni törətməkdə şübhəli bilinən İ.Mirzəyev hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

Yasamal Rayon Məhkəməsinin qərarı ilə İ.Mirzəyev Cinayət Məcəlləsinin 126.1-ci (Qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə təqsirli bilinərək barəsində həbs qətimkan tədbiri seçilib.

Xural.com

mənbə

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button