Ərdoğanla Zelenski arasında görüş başa çatıb

Ərdoğanla Zelenski arasında görüş başa çatıb - YENİLƏNİB

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Ukraynanın dövlət başçısı Volodimir Zelenski arasında təkbətək görüş başa çatıb. 

Tərəflər Ukrayna Prezidentinin Kiyevdəki Marinski sarayında bir araya gəlib.

Dövlət başçılarının birgə mətbuat konfransı keçirəcəyi gözlənilir.

Eyni zamanda iki ölkə arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının 10-cu toplantısı olacaq.

Qeyd edək ki, səfərdə R.T.Ərdoğanı xanımı Əminə Ərdoğan, xarici işlər naziri Mövlud Çavuşoğlu, milli müdafiə naziri Hulusi Akar, daxili işlər naziri Sülyeman Soylu, enerji və təbii ehtiyatlar naziri Fatih Dönməz, sənaye və texnologiya naziri Mustafa Varank, ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurum, gənclik və idman naziri Mehmet Muharrem Kasapoğlu, müdafiə sənayesi naziri İsmail Demir, nəqliyyat naziri Fahrettin Altun, Prezidentin sözçüsü İbrahim Kalın və Ədalət və İnkişaf Partiyasının sözçüsü Ömər Çelik müşaiyət edib.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button