Bakıda taxta bazarı yanır, bir nəfər ölüb

Yayımlandı: 23 Noyabr 2023 09:48

Xəsarət alanın olmadığı bildirilir

Bakının Nərimanov rayonunda güclü yanğın hadisəsi başlayıb. Hadisə Dərnəgül şossesində yerləşən taxta bazarında qeydə alınıb. Havanın küləkli olması yanğının alovlanmasına səbəb olub. TƏBİB-dən bildiriblər ki, bu gün səhər saat 05:55 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Bakı şəhəri, Binəqədi rayonu, Ziya Bünyadov prospekti, “Dərnəgül” taxta bazarının ərazisində yanğın hadisəsi ilə bağlı çağırış daxil olub. Hadisə yerinə 2 təcili tibbi yardım briqadası cəlb olunub. Yanğın nəticəsində 1 nəfərin həkiməqədər ölümü qeydə alınıb. Xəsarət alan yoxdur. Əlavə məlumat veriləcəyi bildirilir.
DİN-in mətbuat xidmətindən deyilib ki, Binəqədi rayonu ərazisindəki inşaat malları satılan bazarda yanğınla bağlı əraziyə polis əməkdaşları cəlb olunub. Bütün zəruri tədbirlər görülür, ərazi mühafizəyə götürülüb.

FHN Mətbuat xidmətinin yaydığı məlumata görə,  qurum tərəfindən həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində havanın küləkli olmasına baxmayaraq yanğın nəzarət altına alınıb. Yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Meydan TV

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button