Bakıda məktəb direktoru əri və oğlu ilə birlikdə qətlə yetirilib

Yayımlandı: 13 Fevral 2024 18:38

Daha bir qadın isə küçədə bıçaqlanaraq öldürülüb

Bakıdakı 59 saylı məktəbin direktoru, 47 yaşlı Bikə Əhmədova həyat yoldaşı və oğlu ilə birlikdə qətlə yetirilib.

Hadisə fevralın 13-də saat 16:30 radələrində paytaxtın Xətai rayonu ərazisində baş verib. Həm Bikə Əhmədova, həm də 1972-ci il təvəllüdlü həyat yoldaşı Mehman Əhmədov və 2015-ci il təvəllüdlü oğlu Məhəmməd Əhmədovun balta ilə öldürüldüyü bildirilir.

Onları qətlə yetirməkdə şübhəli bilinən şəxs isə məktəb direktorunun digər oğlu Əhməd Əhmədovdur.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Meydan TV-yə bildirilib ki, ailə üzvlərini qətlə yetirməkdə şübhəli bilinən 25 yaşlı Əhməd Əhmədov saxlanılıb.

Xətai Rayon Prokurorluğunun məlumatına görə, hadisə mübahisə zəminində baş verib.

Faktla bağlı prokurorluqda Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə) və 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) maddələrilə cinayət işi başlanıb.

Fevralın 13-də Bakıda daha bir qadın Nərimanov rayonu ərazisində öldürülüb.

Saat 17:30 radələrində küçədə Sevinc İbrahimova bıçaqlanaraq qətlə yetirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib ki, Sevinc İbrahimovanın qətlinə görə keçmiş həyat yoldaşı, 1985-ci il təvəllüdlü Rövşən Quliyev saxlanılıb.

Meydan TV

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button