ABŞ Ukrayna, İsrail və Tayvana ümumilikdə 95 milyard dollarlıq yardım edəcək

Yayımlandı: 13 Fevral 2024 17:03

Yardım paketinin təsdiqlənməsi aylarla davam edən çətin danışıqlardan sonra baş tutub

ABŞ Senatı Ukrayna, İsrail və Tayvana birlikdə 95 milyard dollarlıq yardım paketini qəbul edib.

Demokratların rəhbərlik etdiyi ABŞ Senatı fevralın 13-də bu qərarı qəbul edib. Beləliklə, Ukrayna, İsrail və Tayvana yardımı ehtiva edən 95 milyard dollarlıq qanun layihəsi qəbul edilib.

Layihə Respublikaçıların nəzarətində olan Nümayəndələr Palatasına göndərilib. Yardım paketinin təsdiqlənməsi aylarla davam edən çətin danışıqlardan sonra baş tutub.

Qanun layihəsinin Senatdan keçməsi döyüş meydanında kritik çatışmazlıqlar fonunda Ukrayna üçün xoş bir işarə hesab olunur. 

Yekun səsvermədə 22 respublikaçı, 2 demokrat, Oreqondan senator Ceff Merkli və Vermontdan Peter Uelç, eləcə də müstəqil senator Berni Sanders bunun əleyhinə səs verib.

Meydan TV

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button