Azərbaycanlı yazıçı İsraildə vəfat edib

Yayımlandı: 9 Yanvar 2024 12:01

Məlumatı oğlu Həsən Hüseynov yayıb

Yanvarın 9-da yazıçı Çingiz Hüseynov vəfat edib.

94 yaşlı Çingiz Hüseynov İsraildə yaşayırdı.

Ədibin vəfatı xəbərini oğlu Həsən Hüseynov sosial şəbəkə hesabında yayıb.

Çingiz Hüseynov 1929-cu ildə Bakıda anadan olub.

ADU-nun fılologiya fakültəsinə daxil olan Çingiz Hüseynov II kursdan təhsilini Lomonosov adına Moskva Dövlət Universitetində, ardınca SSRİ Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun aspiranturasında davam etdirib.

Ç.Hüseynov “Məhəmməd, Məmməd, Məmiş”, “Ailə sirri”, “Doktor N”, “Fətəli Fəthi”, “Merac” romanları ilə bərabər bir sıra ədiblərin əsərlərini azərbaycan və rus dillərinə tərcümələriylə yadda qalıb.

“Ailə sirri” əsərindən sonra onun Azərbaycanda kitablarının çapına uzun müddət qeyri-rəsmi şəkildə qadağa qoyulduğundan yazıçı fəaliyyətini Moskvada davam etdirib.

Meydan TV

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button