Azərbaycanlı mühacirlər Münhendə İlham Əliyevə etiraz etdilər

Yayımlandı: 17 Fevral 2023 18:34

Onlar siyasi məhbusların azadlığa buraxılmasını tələb ediblər

Fevralın 17-də Almaniyada yaşayan azərbaycanlı mühacirlər Münhen Təhlükəsizlik Konfransının keçirildiyi “Hotel Bayerischher Hof” hotelinin qarşısında aksiya keçiriblər.

Bu barədə aksiyanın təşkilatçılarından biri, jurnalist Əfqan Muxtarlı Meydan TV-yə məlumat verib.

Əfqan Muxtarlının sözlərinə görə, Münhen şəhərinin yerli polisi onlara aksiya keçirmək üçün icazə verib:

“Yalnız bir şərtlə icazə verdilər ki, davamlı şüarlar səsləndirməyəcəyik”.

Ancaq Əfqan Muxtarlı əlavə edib ki, Azərbaycan dövlət başçısı İlham Əliyev və köməkçisi Hikmət Hacıyev binaya gələndə onlar “siyasi məhbuslara azadlıq!”, “Əliyev diktator!” şüarlarını səsləndiriblər:

“Ərazidə olan insanlara siyasi məhbuslara və konfrans iştirakçılarına Azərbaycandakı siyasi məhbuslarla bağlı bukletlər paylamışıq”.

Əfqan Muxtarlı aksiyanın Avropa vaxtı ilə saat 16:30-da davam edəcəyini söyləyib.

Bu gün Münhen Təhlükəsizlik Konfransı çərçivəsində “Boru arzuları: Gələcəyə uyğun enerji təhlükəsizliyi” mövzusunda dəyirmi masa keçirilib.

Meydan TV

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button