
Adil Qeybulla yenə Bəxtiyar Haciyevi müayin edib
“Bəxtiyar Hacıyevin vəziyyəti qənaətbəxş deyil.”
Bunu fevralın 17-də həbsdə 39 gündür aclıq aksiyası keçirdiyi deyilən ictimai fəal Bəxtiyar Hacıyevə baş çəkən həkim Adil Qeybulla AzadlıqRadiosuna bildirib.
Onun sözlərinə görə, Hacıyev ona təklif edilən sistemdən imtina edib:
“Vəziyyətini yaxşı hesab etmək olmaz. Çəki itirib.”
Professor Adil Qeybulla bundan əvvəl də Hacıyevin yaxınlarının rəsmi qurumlara müraciətindən sonra onu həbsdə müayinə edib.
Hələlik, onun açıqlamasına rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.
Müdafiə terəfi fevralın 17-də günün birinci hissəsi isə gənc fəalın çəkisinin 66,7 kiloqrama düşdüyünü açıqlamışdı.
Onlar Haciyevin təcridxanaya gətiriləndə 84,5 kiloqramda olduğunu bildirmişdilər.



