Ayazın yazısı – Ayazın özünün filmi-FAKT

İdris Heydərli

 

“Qafqaz üçlüyü” filmi haqqında bir yazı, yazan Ayaz Salayev, “bu yazıya münasibət bildirilsin” deyib ortaya atan Əli Həsənov. Film 2015-ci ildə çəkilib, filməmi baxaq və ya yazınımı oxuyaq, tövsiyə yazıdır. Yazı ilə filmi oxumaq istəyənlər, filmə baxmayın, Ayaz Salayevın adı ilə çap olunmuş yazını oxuyun və münasibət bildirin, deməklə
Ayazın nə yazdığını deyil, necə yazdığını paylaşır.
Ayaz Salayevin üslubu olmayan bu yazını “Bakinskiy raboçiy” qəzetinin veb sitəsindən oxudum. İmza Ayaz Salayev olmasaydı, bir təndiqçinin deyil, bir donosçunun yazısı kimi dəyərləndirərdim. Ayaz Salayev tənqidçi və təhlilçi olaraq filmə bu resenziyanı yaza bilməz, imzalaya bilər. Bir üslub deyilən üsül var, Ayazın yazısının üslubu bu yazıda yox, təhlildə isə bir kinoşünasın deyil, hikkəli bir tərəfin qışqırtısı var.
Nədən qışqırırsan, axı belə deyil, demək istəyirsən ki, səslərdən baş tutulur.
Filmə baxdım, film üç dostun hekayəsi ilə bir tarix anladar. Filmdə gürcü, erməni və azərbaycanlı üçlüyu içində mərkəzdə erməni obrazı olsa da, əsas qəhrəman azərbaycanlı Fərhaddır.
Ayazın yazısındakı Fərhadla filmdəki Fərhad arasında bənzərlik sadəcə addır. Filmin əsas qəhrəmanı Fərhad dost üçün edə biləcəyi nə varsa edən və məqama deyil, dosta sadiqliyi qoruyan bir obrazdır. Ayazın qorxaq olaraq tanıtmaq istədiyi Fərhad, filmdə qorxuları olmayan, bir ermənini Bakıya gətirə biləcək bir gücə sahib olan və dostu üçün karyerasını belə qurban verən ana qəhrəmandır. Dənizə tullanan uşaqlar hissəsindəki “qorxma, tullan” Ayazın yazısında qorxaq kimlik, filmdə isə “uçan uşaq” şəkli erməninin divarında qəhrəman kimi asılıb.
Filmin mövzusu ilə, müəlliflərin müzakirəyə çıxarmaq istədiyi ilə Ayazın yazısı və onu tövsiyə edənin məqsədi ayrı-ayrıdır. Demək istədiyim də budur.
Bu prosesdə iki tərəf var, hər ikisinin niyyəti ortadadır. Biri film çəkib, digəri yazı yazdırıb. Kimsənin tərəfindən deyil, bir teatrşünas gözü ilə kinoşünas Ayaz müəllimə tövsiyəm var, bizə tənqidi təhlil olaraq öyrədərdilər. Siz bunu unudan deyildiniz, bilirəm. O filmin ciddi müzakirə mövzusu aça biləcək bir sənət gücü yoxdur, sıradan bir bakılı nostaljisidir, bəlkə də dünənlə hesablaşan ömürlərin gəlməyəcək gələcək arzularıdır.
Sizə təhlili unutduranlara, sizin Naxçıvan filminizi tövsiyə edərdim.
https://idrisheyderli.livejournal.com/211634.html
Bu yazını da təhlil olaraq məndən qəbul edin…
Xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button