Arutyunyan Qarabağ ermənilərinin silahlandırılacağını açıqladı

Buna icazə verdiyi üçün Putinə təşəkkür etdi

Arutyunyan: Qarabağda təmas xətti güclənir, insanlara silah almaq daha asan olacaq.

Arayik Arutyunyan Dağlıq Qarabağ sakinlərinin təhlükəsizlik səviyyəsinin yüksəldilməsi istiqamətində görülən tədbirlərdən danışıb.
Arayik Arutyunyan bəyan edib ki, 44 günlük müharibədən sonra Müdafiə Ordusu tərəfindən qoşunların təmas xəttinin möhkəmləndirilməsi və qarşıya qoyulan tapşırıqların səmərəli şəkildə yerinə yetirilməsi üçün xeyli işlər görülüb. Xural.com-un məlumatına görə, bu barədə o, özünün Facebook səhifəsində atəşkəsin imzalanmasının ildönümündən bəhs edilərkən yazıb.
Erməni terrorçusunun sözlərinə görə, bu müddət ərzində Azərbaycan tərəfinin həm üçtərəfli bəyanatı, həm də yerindəcə əldə olunmuş razılaşmaları pozduğu hallar olub.

Buna baxmayaraq, bu müddət ərzində Rusiya hərbçilərinin və Müdafiə Ordusunun köməyi ilə atəşkəs rejiminin gücləndirilməsi üçün hər şey edilir.
Arutyunyan bildirib ki, yaxın vaxtlarda qanunvericiliyə düzəlişlər etməklə silah əldə etmək imkanları genişləndiriləcək. Bundan başqa, hüquq-mühafizə orqanlarının tərkibində fəaliyyət göstərən müvafiq bölmələr təmas xəttinə yaxın ərazilərdə avtomobil yollarının və təsərrüfat işlərinin təhlükəsizliyinin təmin edilməsində daha fəal iştirak edəcək.
Arutyunyan vətəndaşlardan və təşkilatlardan belə ərazilərdə iş görən zaman Milli Təhlükəsizlik Xidmətinə müraciət etməyi xahiş edir. O, həmçinin müxtəlif risklərin qarşısını almaq üçün Rusiya hərbçiləri ilə daimi koordinasiya olduğunu bildirir. Bu kontekstdə o, həmçinin Rusiya kontingentinin komandanlığına və Rusiya prezidenti Vladimir Putinə minnətdarlığını bildirir.

Xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button