
Amnistiya Aktının icrasına başlanılıb
8 Noyabr – Zəfər Günü münasibətilə elan olunan Amnistiya Aktının icrasına başlanılıb.
Bu barədə Xural.com-a Ədliyyə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, hazırda aktın tətbiqi və icrası ilə bağlı işlər davam etdirilir: “Noyabrın 11-də Ədliyyə Nazirliyinin inzibati binasında Zəfər Günü münasibətilə elan olunan Amnistiya Aktına həsr edilən “Dövlətimizin humanist siyasətinin növbəti təzahürü” mövzusunda KİV-lərin iştirakı ilə dəyirmi masa da keçiriləcək”.



