Allah böyükdür!

ELVİN

Əvəz bəyin ahu-naləsi

Əvəz Zeynallı 2011-ci il oktiyabırın 28-dən həbsdədir. O, sabiq deputat Gülər Əhmədovadan hədə-qorxu tətbiq etməklə 10 min manat rüşvət istəmək ittihamı ilə tutulub, sonra jurnalistə qarşı başqa ittihamlar irəli sürülüb. Baş redaktor vergi ödəməkdən yayınma və məhkəmənin hökmünü, qərarını, yaxud digər aktını icra etməməkdə də günahlandırılır.
Çox keçmədi…
Çox keçmədi Əvəz bəyin üzünə duraraq günahsız yerə Ramiz Mehdiyevin sifarişilə, keçmiş YAP üzvü, sabiq deputat Gülər Əhmədovanın özü haqqında rüşvətlə bağlı olaylar və söz söhbətlər sürətlə ölkədə yayılmağa başladı. Gülər Əhmədovanın Əvəz bəyi şərlənərək həbs olunmasının başlıca səbəbi isə sonradan məlum oldu Sən demə, G.Əhmədova düşünüb ki,  fəaliyyəti dayandırılan Azərbaycan Beynəlxalq Universitetinin rektoru, hazırda Fransada mühacir həyatı yaşayan Elşad Abdullayevin bu günlərdəonun haqqında yaydığı videogörüntüləri müstəqil mətbuat olaraq yalnız Ə.Zeynallı dərc edə bilər. Bunun qarşısını almaq və Ə.Zeynallını həbs etdirmək üçün şərə, böhtana əl atdı. Artıq iki ildir nəşri siyasi sifarişlə dayandırılan  “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallının məhkəməsi davam edir. Hamının bu olaylardan yaxşı xəbəri olduğuna görə daha təkrar yazmağa ehtiyac yoxdur, əslində yazının əsas səbəbi Gülər xanımdır. Niyə məhz Gülər?
Gülər Əhmədovanın rüşvətlə bağlı sosial şəbəkələrdə  video görüntüsü yayılanda artıq aləm  biri-birinə dəymışdı, çoxları başını itirmişdi, elə bu gün də itirməkdə davam edirlər. Gülər Əhmədovanın ilk qurbanı Sevinc Babayeva oldu.  Bir qədər sonra Gülər Əhmədova ölkədən qaçmaq istədi, qoymadılar.Daha sonra həbs olunacağı gündəmə gəldi. Bax, bu yerdə Gülər xanım barmağını dişlədi, gördü ki, bu xına o xınadan deyil! Bu dəfə yadına ana olduğu düşdü.
Gülər Əhmədova bilirdi – gec-tez həbs olunacaq, ona görə əvvəlcədən dedi; “Mənim ana olduğumu nəzərə alın”.
Artıq Gülər xanımın başı özünün çox olan problemlərinə qarışıb, ona görə bilirəm ki, bu sualların heç biri Gülər xanıma gedib catmayacaq. Amma biz yenə suallarımızı verək. Özü bilməsə də Allahı yaxşı bilər. O cavab verməsə də, Allahı cavab versin.
Gülər  ( söhbətin belə yerində xanım yazmağa əlim gəlmir, nəysə özümüzü Gülər səviyyəsinə salmayaq )  xanım bəs o beş yüz minləri rüşvət alanda heç övladlarını düşündümü?  bəs o beş yüz minləri rüşvət alanda heç düşündümü bu qədər pullar zəhmətlə yığılmaz, bu da hansısa övladların boğazlarından kəsilib. Bəs o beş yüz minlər rüşvət alanda heç anaları düşündümü?   Bunun yetimi var, kimsəsizləri var! Doğurdandamı, bu qadında, bu anada bircə dəfə də olsun heç vicdan sızıldamadımı?  Pul, Gülər xanım üçün o qədər şirin olub ki, rüşvətləri alarkən heç nə, heç kim gözünə görsənməyib. Doğurdanda şöhrət xəstəliyinə tutulanları, şöhrət belə sağalda bilmir.  Bəs haqsız yerə Əvəz bəyi şərləyərək həbsə atanda Əvəz bəyin iki gül balası olduğunu heçmi düşünmədi?
 İki ildi Əvəz bəy günahsız yerə zindanlarda iki körpə balasından ayrı qalıb. Bəs bu körpələrin günahı nə idi? Düzdür iki il az müddət deyil ömür baxımından, amma çox keçmədi o, körpələrin ahu-nələsi səni tutdu. Özü də ən xoş günündə. O, vaxti fərəhlə, sevinclə dunyaya getirdiyin Tamerlanın doğum günündə bir ana ( rüşvətxor oyunbaz) olaraq həbs olunmaq nə qədər ağır hissdir. Sən buna layiq idin! Sən bu hissləri mütləq yaşamalı idin ki, bundan sonra başqalarının həyatı ilə oynayıb, uşaqlarını və ailəsini başsız qoymayasan.
Gülər xanım, sonda sənə iki atalar sözü.
Nə əkarsən onu da biçərsən.
 
Nə tökərsən aşına o da gələr Gülərin başına.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button