Ali Məhkəmə Ramiz Mehdiyevin sifarişlərini yerinə yetirəcəkmi?

19.02.2013

“Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallının Mətbuat Şurasına qarşı qaldırdığı iddiaya Ali Məhkəmənin Mülki Kollegiyasında baxılacaq.

Ali Məhkəmənin Mülki Kollegiyası Ramiz Mehdiyevi sifarişlərini yerinə yetirəcəkmi?Xatırladaq ki, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev “Xural” qəzetinə qarşı məhkəmə qarşısında iddia qaldırdıqdan sonra Mətbuat Şurası “ildırım sürəti”lə təşkilatın toplantılarını keçirərək, əsassız və səlahiyyətində olmayan addımlar ataraq “Xural” qəzetini “reket qəzet” elan edib və gündəlik nəşrə başlayan qəzetin fəaliyyətini dayandırmaq üçün onu “qara siyahıya” saldığını bəyan edib.

Həbsindən 1 ay əvvəl baş verən bu hadisəni də baş redaktor “siyasi sifariş” kimi dəyərləndirib və Mətbuat Şurasını məhkəməyə verəcəklərini, işi Avropa Məhkəməsinə qədər aparacaqlarını bəyan edib: “MŞ cəmi bir həftə içərisində Ramiz Mehdiyevin səlahiyyətində olan adamların əli ilə “Xural”dan “şikayət məktubları” təşkil etdi və qanunsuz hərəkətlərinə qanuni don geyindirməyə çalışdı. Halbuki hər şey göz qabağındadır.  Yoxsa,bunların nə tələsik işləri vardı ki, 6 şikayəti əsas götürüb, bir gündə, iki komissiyanın iclasını keçirirdilər? Aydındır ki, bunlara tapşırıq hardan gəlib. Mətbut Şurasının Azərbaycan mətbuatının şərəfi ilə oynamasına imkan verilməməlidir. Sifarişlə mətbuatı qətl edənlər isə qanuni cəzalarını almalıdırlar.”

Əvəz Zeynallının Mətbuat Şurasına qarşı qaldırdığı iddia Nərimanov rayon məhkəməsi tərəfindən icraata götürülmədiyi üçün Apelyasıya Məhkəməsinə müraciət edib. Prezident Aparatının rəhbəri Ramiz Mehdiyev və aparatın ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənovun siyasi sifarişlərilə məsələ müsbət həllini tapmadığı üçün hazırda Bakı Apellyasiya Məhkəməsinin Mülki Kolleğiyasının 13 dekabr 2012-ci tarixli qərardadından AR Ali Məhkəməsinin Mülki Kollegiyasına verilən kassasiya şikayətinə hakim Ənvər Şadıyevin sədrliyilə 15 mart 2013-cü il saat 11:00-da baxılacaq.

QEYD: Əvəz Zeynallının məhkəmələri açıq keçirilir. Bütün müstəqil jurnalistlər, beynəlxalq insan haqları və jurnalistlərin hüquqlarının müdafiə təşkilatlarının nümayəndələri, Azərbaycanda söz və ifadə azadlığının, müstəqil mətbuatın müdafiəçiləri məhkəmələrə dəvətlidirlər.

XuralTAC

Əlaqəli məqalələr

1 şərh

  1. Evezin Allah qapisini acsin İnshallah! Duyumum mene deyir ki, Evez Allahin Öz himayesindedir. Hadiselerin gedishi de, baiskarların bashlarinin ozlerine qarışması da bunu tesdiq edir. İnshallah Evezin vasitesile bu kafirler cezaya mübtela olacaqlar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button