Əvəz Zeynallının BİT-lə məhkəmə çəkişməsi davam edəcək

 

19.02.2013

“Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallının və onun vəkili, MHİ-nun əməkdaşı Elçin Sadığovun Bakı İstintaq Təcridxanasına qarşı “vəkillə görüşlərdə axtarış aparılmasının, vəkilə təqdim edilmiş ərizənin ələ keçirilməsinin və geri qaytarılmamasının qanunsuz hesab edilməsi” barədə iddia tələbinə Bakı Apellyasiya Məhkəməsində baxılacaq.

Hakim Ülvi Mayılovun icraatında olan ərizəyə dair iş üzrə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 09 oktyabr 2012-ci il tarixli qərarından  verilən apellyasiya şikayətinə əsasən inzibati işə baxılması 27 fevral 2013-cü il tarixinə saat 11:30-a təyin edilib.

Qeyd edək ki, bununla bağlı şikayətə son dəfə avqustun 14-də 2 saylı İstintaq Məhkəməsinin hakimi Rəna Hüseynovanın icraatında Nizami rayon Məhkəməsində baxılmışdı. İclasların obyektiv tərzdə, qanunamüvafiq şəkildə keçirilməsi müşahidəçilərdə təəcüb yaratmışdı. Oktyabrın 11-də keçirilən məhkəmə prosesində hakimin yenisilə əvəz olunmasının səbəbləri açıqlanmayıb. Yeni hakim  Fərmayıl Zeynallı prosesin tez başa çatması və iddianın təmin olunmaması naminə bütün qanunsuz vasitələrdən və şəxsi bəhanələrdən istifadə edib. Ə.Zeynallı bu məhkəmə prosesinin də digərləri kimi sifariş əsasında həyata keçirildiyini, məhkəmə qərarının ədalətsiz və qanunsuz olduğunu diqqətə  çatdırıb: “Biz onsuz da sifarişlə işləyən məhkəmələrdən ədalət gözləməyi çoxdan tərgitmişik. İndiyədək bir-neçə “haqlı” iddialarımız bu sifarişlər əsasında təmin edilməyib. Bu dəfə də eyni mənzərə ilə rastlaşdıq”

Məlumat üçün bildirək ki, Ə.Zeynallı vəkili Elçin Sadıqovun BİT-da heç bir əsas olmadan üzərində axtarış aparılması, məxfiliyə riayət edilməməsi, təqsirləndililən şəxsin, yəni Ə.Zeynallının müvafiq hüquqlarının pozulması məhkəmə şikayətinə səbəb olub. 2012-ci il iyunun 4-də keçirilən məhkəmə də gərginliksiz ötüşməyib. O zaman Ə.Zeynallı məhkəmədə etirazını bildirb: “Aylardır ki, işi məhkəməyə vermişik. Lakin bu gün, mənə əvvəlcədən heç bir xəbərdarlıq edilmədən, qəfildən məhkəmə barədə məlumat verib və bura gətiriblər. Nə üçün bu qədər uzun müddətdə şikayətimizə baxılmayıb? Bu tələskənliyin səbəbi nədir?”. Hakim  BİT-na aprel ayının 27-dən sərəncam göndərildiyini deyib. BİT isə səlahiyyətlərini növbəti dəfə pozaraq, bu haqda əvvəlcədən Ə.Zeynallıya məlumat verməyib. Vəkil E.Sadığov hesab edir ki, BİT bunu etməklə məhkəmədə media nümayəndələrinin iştirakının qarşısını alıb.

QEYD: Əvəz Zeynallının məhkəmələri açıq keçirilir. Bütün müstəqil jurnalistlər, beynəlxalq insan haqları və jurnalistlərin hüquqlarının müdafiə təşkilatlarının nümayəndələri, Azərbaycanda söz və ifadə azadlığının, müstəqil mətbuatın müdafiəçiləri məhkəmələrə dəvətlidirlər.

XuralTAC

 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button