Rusiya ikinci ciddi bəyanatını verdi: Ukraynadakı böhranın sülh yolu ilə nizamlanması üzrə danışıqlar dalana dirənib

Zaxarova: Ukraynadakı böhranın sülh yolu ilə nizamlanması üzrə danışıqlar dalana dirənib. Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü bildirib ki, Ukrayna hərbçiləri NATO-nun dəstəyindən istifadə edərək Donbassdakı təmas xəttində qruplaşma qurur.

Avropa İttifaqı Ukraynanın hərbiləşdirilməsi prosesinə qarışdı, bunun fonunda Ukrayna böhranının sülh yolu ilə nizamlanması üzrə danışıqlar dalana dirəndi. Bunu cümə axşamı keçirdiyi brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib: “Bu yaxınlarda Avropa İttifaqı Ukraynanın hərbiləşdirilməsi prosesinə qoşuldu. Dekabrın 2-də Aİ Şurası Ukrayna silahlı qüvvələrinə hərbi-texniki yardım üçün 31 milyon avro ayrılması barədə qərar qəbul etdi.”

Zaxarova qeyd edib ki, təmas qrupunun və onun işçi alt qruplarının dekabrın 7-dən 8-dək keçirilən iclasları növbəti dəfə nəticəsiz qalıb: “Onlar sadəcə olaraq heç nə ilə nəticələndi. Kiyev rejimi Minsk tədbirlər paketi üzrə öhdəlikləri yerinə yetirmək əvəzinə, sadəcə olaraq prosesi imitasiya edir, Donetsk və Luqansk ilə birbaşa dialoqdan yayınır və nizamlanmanın dağılması məsuliyyətini sülh prosesində vasitəçi olan Rusiyanın üzərinə atmağa çalışır.”

Zaxarova qeyd edib ki, bu cür hərəkətlər başqa şeylərlə yanaşı, sadə insanların, Ukrayna vətəndaşlarının diqqətini daxili problemlərdən yayındırmaq məqsədi daşıyır. “Ölkədə cərəyan edən millətçi hərəkatların fonunda Ukrayna Baş Prokurorluğunun özünün dövriyyədə qeydiyyata alınmamış 5 milyon ədəd odlu silahın olması barədə məlumatı həqiqətən də həyəcan vericidir. Eyni zamanda, Ukrayna hakimiyyəti qanunvericilik imkanlarını genişləndirir və Minsk razılaşmalarını pozur”.

“Biz Kiyevi Minsk razılaşmalarının təxribatından əl çəkməyə, insan haqlarının kütləvi şəkildə pozulmasını dayandırmağa, qanunun aliliyinə ciddi riayət olunmasını təmin etməyə çağırırıq. Biz gözləyirik ki, Qərb tərəfdaşlarımız, eləcə də ixtisaslaşmış beynəlxalq təşkilatlar səlahiyyətliləri çərçivəsində prioritet vəzifələri yerinə yetirib, Ukraynanı dəstəkləyəcəklər”. – deyə diplomat narahatlığını gizlətməyib.

NATO-nun dəstəyi

“Ukrayna hərbçiləri NATO-nun dəstəyindən istifadə edərək Donbassdakı təmas xəttində qruplaşma qurur”,-deyə  Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü bildirib: “Vətəndaş müharibəsi vəziyyətində olan Ukraynaya sadəcə olaraq silah verən NATO ölkələrinin dəstəyi ilə Kiyev Donbassdakı təmas xəttində öz qruplaşmasını qurur”. Ukraynanın şərqində baş verən proseslərdən danışan Zaxarovanın sözlərinə görə, münaqişə zonasında atəşkəs rejiminin pozulması hallarının sayı təxminən 90 min hadisəyə çatıb.

“ATƏT-in Xüsusi Monitorinq Missiyası Kiyev tərəfindən ölkənin şərqinə ağır silahların, o cümlədən iri çaplı artilleriya və zirehli texnikanın ötürülməsini qeydə alır. Pilotsuz təyyarələrin istifadəsi davam edir”, – Rusiya XİN sözçüsü yekunlaşdırıb.

Xural.com

mənbə

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button