
Muradov erməni əsirlərin qaytarılması ilə bağlı danışdı: ““Sülhməramlılar işlərini sonadək aparıb, bitirəcəklər…”
Cənub Hərbi Dairəsi Qoşunları komandanının müavini bildirib ki, bir hərbçi kimi hərbi əsirlərin əsirlikdə olarkən hansı hissləri keçirdiyini başa düşür.
“Rusiya sülhməramlıları nəhayət ki, erməni hərbi əsirlərin qaytarılması məsələsini həll edəcəklər”, deyə Cənub Hərbi Dairənin komandanının müavini Rüstəm Muradov TASS-a bildirib:
“Bu günə qədər Azərbaycan tərəfinin bütün hərbçiləri geri qaytarılıb və erməni hərbi əsirlərin qaytarılması istiqamətində işlər davam edir, yaxşı müsbət, anlaşma var. Hesab edirəm ki, bu məsələ tamamilə bağlanmalıdır. Və Rusiya sülhməramlıları bu işə son qoyacaqlar”
Muradov qeyd edib ki, məhbusların geri qaytarılması ilə bağlı işi sülhməramlının vətəndaşlıq borcu hesab edir.
“Mən bir hərbçi kimi hərbi əsirlərin kim olduğunu, əsirlikdə necə hisslər keçirdiklərini başa düşürəm, Bakıya uçarkən ilk uçuşu xatırlayıram və qayıdandanda artıq həmin hərbçilərin mənimlə birlikdə İrəvanın Erebuni aerodromuna uçduqlarını gördüm. Axan göz yaşları idi, onlar evə qayıtdıqlarına inanmırdılar”, – deyə Muradov bildirib.



