Soçidə üçtərəfli görüşlə bağlı Ermənistan XİN-dən – Açıqlama

Ermənistan Xarici İşlər Nazirliyi Rusiya, Azərbaycan və Ermənistan liderləri – Vladimir Putin, İlham Əliyev və Nikol Paşinyanın noyabrın 26-da Soçidə mümkün görüşü ilə bağlı KİV-də yayılan məlumatı şərh edib.

Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Vaan Hunanyanın sözlərinə görə, hazırda noyabrın 26-da görüşün Soçidə keçiriləcəyi ilə bağlı məlumat yoxdur:

Soçidə üçtərəfli görüşlə bağlı Ermənistan XİN-dən

“Əvvəlcədən dediyimiz kimi, müxtəlif formatda müxtəlif görüşlərin keçirilməsi ilə bağlı təkliflər müzakirə olunur. Görüşün keçirilmə vaxtı və formatı barədə razılıq əldə edildikdə, ağlabatan müddət ərzində bu barədə qabaqcadan məlumat verəcəyik”, – Hunanyan deyib.

Xural.com

 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button