
Müdafiə Nazirliyi məlumat yaydı: Atəş açmamışıq…
Azərbaycan Ordusunun Kəlbəcər istiqamətində yerləşən bölmələri tərəfindən guya atəş açılması nəticəsində bir erməni hərbiçisinin yaralanması barədə Ermənistan mətbuatının yaydığı məlumat yalandır.
Qeyd edək ki, erməni Müdafiə Nazirliyi məlumat yayıb ki, Qeqarkunik rayonunun Böyük Qaraqoyunlu sərhəd kəndi istiqamətində Ermənistan və Azərbaycan Silahlı Qüvvələri arasında atışma gedir.
Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumatda isə bildirilir ki, qeyd olunan istiqamətdə bölmələrimiz tərəfindən hər hansı atəş açılmayıb, sakitlikdir.




