Ermənistanda Baş qərargah rəisinə cinayət işi qaldırıldı

Ermənistanda Silahlı Qüvvələrin Baş qərargah rəisi, general Artak Davtyana cinayət işi qaldırılıb və ona rəsmi ittiham irəli sürülüb. “Hraparak” qəzeti yazır ki, Davtyan döyüşə yararsız aviasiya raketlərinin alınmasında ittiham olunur, həmin iş üzrə fiqurantlardan biri də hazırda həbsdə olan keçmiş müdafiə naziri David Tonoyandır.

Bildirilir ki, hələlik Artak Davtyan barəsində qətimkan tədbiri seçilməyib. Və qəzet onun barəsində cinayət təqibinin başladılmasının əslində Azərbaycan-Ermənistan sərhədində yaranmış son vəziyyətlə bağlı olduğunu təxmin edir.

“Davtyana ittiham Azərbaycan tərəfinin Qafan kəndlərinə gedən yolların üzərində gömrük məntəqələri yaratmasına paralel irəli sürülüb. Beləliklə, Davtyana rəsmi ittiham irəli sürməklə hakimiyyət onu susmağa və Azərbaycanla əldə edilmiş razılaşmaların yerinə yetirilməsi üçün tapşırıqları sakitcə yerinə yetirməyə məcbur etmək istəyir”,-məlumatda deyilir.

Nəşr qeyd edir ki, artıq keçmiş nazir Arşak Karapetyanın işdən çıxarılması da Sünikdəki vəziyyətlə bağlıdır. Qəzetin yazdığına görə, Karapetyan rəhbərliyin azərbaycanlıların bütün ölkə ərazisində sərbəst hərəkət etməsi ilə bağlı göstərişini yerinə yetirməyə razı olmayıb.

“Bu arada, istifadəyə yararsız sursat işi dayanıb, çünki Baş Qərargahın bəyanatları raketlərin yüksək keyfiyyətli olması və həqiqətən də onların alınmasına ehtiyac olması ilə əsaslandırılıb”, – qəzet qeyd edib.
Qeyd edək ki, keçmiş nazir David Tonoyan sentyabrın 30-da istifadəyə yararsız təyyarə raketlərinin alınması ilə bağlı cinayət işi çərçivəsində həbs edilib. İstintaq Tonoyanı və biznesmen və silah alverçisi David Qalstyanı 4,6 milyon dollar mənimsəməkdə ittiham edir. Onlar günahlarını etiraf etmirlər. Tonoyan və Qalstyandan başqa, Silahlı Qüvvələrin Baş Qərargah rəisinin müavini Stepan Qalstyan və aviasiya idarəsinin keçmiş rəisi Avetik Muradyan da həbsdədir.

Xatırladılır ki, artıq keçmiş müdafiə naziri olan Arşak Karapetyanın vəzifədən azad edilməsi də Zəngəzurda yaranmış vəziyyətlə bağlıdır. Belə ki, Karapetyan guya azərbaycanlıların Ermənistan ərazisinə maneəsiz daxil olmasına icazə vermək barədə əmri yerinə yetirməyib.

Xural.com

 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button