Bakıda hamilə qadın təcili yardım maşınında öldü

Yaxınları tanınmış ginekoloqu döydü

Bakıda hamilə qadın ölüb. Kliniki Tibbi Mərkəzdən (KTM) 20 yaşlı hamilə qadının ölümü ilə bağlı açıqlama verib və bildirilib ki, 20 yaşlı Yeganə Mirzəyeva hamiləlik ilə əlaqədar yaşadığı Sabirabad rayonunda mərkəzi xəstəxananın doğum şöbəsinə aparılıb.

Onu orada tanınmış həkim-ginekoloq Lalə Kazım müayinə edib. Həkim daha sonra hamiləni Bakıdakı xəstəxanalardan birinə göndərib. Hamilə həmin xəstəxanada ölüb.

KTM-dən bildirilib ki, hamilə qadın Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutundan “Kliniki Tibbi Mərkəz”ə gətirilərkən təcili tibbi yardım maşınında dünyasını dəyişib.

Bundan sonra Y.Mirzəyevanın həyat yoldaşı, anası və qayınanası Sabirabad Rayon Mərkəzi Xəstəxanasına gedərək, Lalə Kazımı ittiham edib və onu döyüb.

Qeyd olunan faktlarla bağlı hüquq-mühafizə orqanlarında araşdırma aparılır.

Xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button