ƏVƏZ ZEYNALLI YENİ KİTAB MARAFONU KEÇİRƏCƏK

12, 13 və 14 iyunda saat 12:00-dan 17:00-dək Elmlər Akademiyasının bağında...

“Selcanın məmləkəti” kitablar seriyasının oxucular tərəfindən böyük maraqla qarşılanan 5-ci cildi təkrar nəşr olunub.

Xural.org gununsesi.info-ya istinadən bər verir ki, bu barədə jurnalist Əvəz Zeynallı məlumat verib.

O bildirib ki, kitab seriyasının ilk 5 cildini əhatə edən yeni kitab marafonuna start verib.

“Marafon 12, 13 və 14 iyun tarixlərində, hər gün saat 12:00-dan 17:00-dək Elmlər Akademiyasının bağında keçiriləcək”,- deyə o qeyd edib.

Qeyd edək ki, tədbir çərçivəsində oxucular kitablarla yaxından tanış olmaq, müəlliflə görüşmək və nəşrləri əldə etmək imkanı qazanacaqlar.

Həmçinin həmin tarixədək seriyaya aid daha bir yeni kitabın işıq üzü görməsi də gözlənilir.

Müəlliflərin sözlərinə görə, layihənin uğurunda oxucuların və tamaşaçıların dəstəyi mühüm rol oynayır:

“Biz oxucularımız və tamaşaçılarımızla güclüyük!”

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button