
MƏNZURƏNİN QARDAŞI VƏZİFƏDƏN ÇIXARILDI
Mərkəzin direktoru Elnur Azadxanovun əmri ilə...

Sumqayıt Tibb Mərkəzinin nəzdində 1 nömrəli Şəhər Xəstəxanasının baş həkimi Mətləb Musayev tutduğu vəzifədən azad edilib.
Xural.org xəbər verir ki, yanvarın 9-da bununla bağlı Əmr imzalanıb.
Hazırda xəstəxananın baş həkimi vəzifəsinə yeni təyinat yoxdur.
“Report”un məlumatına görə, M.Musayev müğənni Mənzurə Musayevanın qardaşıdır.
Sumqayıt Tibb Mərkəzindən sorğumuza cavab olaraq bildirilib ki, M.Musayev hazırda xəstəxanada həkim vəzifəsində çalışır: “1 nömrəli Şəhər Xəstəxanasında baş vermiş kadr dəyişikliyi ilə bağlı bildiririk ki, Mətləb Musayev öz ərizəsi ilə 09.01.2026-cı il tarixində Mərkəzin direktoru Elnur Azadxanovun əmri ilə tutduğu baş həkim vəzifəsindən azad olunub. O, ixtisasına uyğun olaraq Urologiya şöbəsində həkim-uroloq vəzifəsinə keçirilib”.



