
İRANDA 3 GÜNLÜK MATƏM ELAN EDİLDİ
Bəyanat dövlət televiziyası və radiosu tərəfindən yayınlanıb

İran hökuməti iğtişaşlarda həlak olanlarla bağlı üç günlük milli matəm elan edib.
Xural.org “qafqazinfo”-ya istinadən xəbər verir ki, müvafiq bəyanat dövlət televiziyası və radiosu tərəfindən yayınlanıb.
Bəyanatda həmçinin ölkə Prezidenti Məsud Pezeşkianın da anım mərasiminə qoşulacağı vurğulanır və vətəndaşlar yanvarın 12-si keçiriləcək milli yürüşdə iştirak etməyə çağırılır.



