ELÇİBƏYİN AİLƏSİ TƏKZİB ETDİ

"Hansısa böhtançını məhkəməyə vermək qərarımız yoxdur"

Mətbuatda yayılan bəzi açıqlamalara görə, Elçibəyin oğlunun Nemət Pənahlını məhkəməyə vermək qərarı verdiyi haqda məlumat dərc olunmuşdu. Xural.org xəbər verir ki, Əbülfəz Elçibəyin ailəsi bu xəbəri təkzib edib. Bu haqda hazırda Türkiyədə yaşayan Elçibəyin kürəkəni Aqil Səmədbəyli özünün facebook səhifəsində yazıb.

“Azərbaycan Milli Azadlıq Hərəkatının Lideri, Türk Xalqları Assambleyasının Fəxri başqanı, Bütöv Azərbaycan Birliyinin əbədi Lideri, Azərbaycan’ın eks Prezidenti merhum Əbülfəz Elçi Bəyə atılan böhtanlar sifarişli və məqsədlidir!

Biz bunların haradan qaynaqlandığını gözəl bilirik!
Tasması (xaltası) başqalarının əlində olanlarla bağlı Bəy’in oğlunun və ya qızının hansısa böhtançını məhkəməyə vermək qərarı yoxdur!
Geniş ictimaiyyətə hörmətlə…”
Xural.org

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button