
“X” İRANIN BAYRAĞINI DƏYİŞDİ
İranın bayrağı dini lideri Xameneinin hesabından da çıxarılıb

İranda davam edən etirazlar fonunda “X” sosial media platforması ölkənin bayrağını dəyişdirib.
Xural.org “TRT haber”ə istinadən xəbər verir ki, “X”də mövcud İran bayrağı çıxarılaraq yerinə 1979-cu il İran İslam İnqilabından əvvəlki – Pəhləvilərin dövrünə aid üzərində aslan və günəş olan təsvir qoyulub.
İranın mövcud bayrağı dini lideri Xameneinin hesabından da çıxarılıb.



