AMİP SƏDRİNİN OĞLU HAKİM TƏYİN OLUNUB

Özü də ötən il parlamentin deputatı təyin olunmuşdu...

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin sərəncamı ilə bir sıra məhkəmələrə hakim təyin edilib.

Xural.org bakupost.az-a istinadən xəbər verir ki, onlardan biri Orxan Əlizadədir. Sərəncama əsasən, o, Xətai Rayon Məhkəməsinin hakimi təyin olunub.

Orxan Əlizadə Milli Məclisin deputatı Arzuxan Əlizadənin oğludur.

O, daha əvvəl Bakı Ağır Cinayətlər Məhkəməsində katib işləyib.

Qeyd edək ki, Arzuxan Əlizadə Azərbaycan Milli İstiqlal Partiyasının sədridir. O, ötən il parlamentin deputatı seçilib və hazırda Milli Məclisin hüquqları komitəsinin sədr müavinidir.

Deputatın 3 övladı var.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button