OQTAY ƏSƏDOVUN QIZI XƏRÇƏNGDƏN VƏFAT EDİB

Dünyasını dəyişən Nərminə Əsədovadır...

Xəbər verdiyimiz kimi, Milli Məclisin keçmiş sədri Oqtay Əsədovun qızı vəfat edib.

Xural.org “Unikal”a istinadla xəbər verir ki, dünyasını dəyişən Nərminə Əsədovadır. O, 40 yaşında xərçəng xəstəliyi səbəbindən vəfat edib.

Mərhumun üç övladı var.

Milli Məclisin keçmiş sədri Oqtay Əsədovun qızı vəfat edib.

Bu barədə Modern.az-a sabiq spikerə yaxın şəxslər bildiriblər.
Məlumata görə, mərhum uzun müddət xəstə olub və Türkiyədə aldığı müalicədən sonra dünyasını dəyişib.
Oqtay Əsədov 2005-ci il dekabrın 2-dən 2020-ci il martın 10-dək Milli Məclisin sədri vəzifəsində çalışıb. O, iki övlad atasıdır.
Allah rəhmət eləsin! Məkanı cənnət olsun!

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button